USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı başlayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Zirvə toplantısı İstanbulda işinə başlayıb.

Zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edirlər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İƏT-yə üzv ölkələrin dövlət başçılarını və müşahidəçi ölkələrin təmsilçilərini toplantının keçirildiyi salonun qabağında qarşılayıb.

Sammit "Quran"oxunması ilə başlayıb.

İki gün davam edəcək Zirvə toplantısında Fələstin problemi və Ərəb-İsrail konflikti, İslam dünyasındakı konfliktli vəziyyətlər və miqrasiya, İƏT-ə üzv olmayan ölkələrdəki müsəlman icmalarının vəziyyəti, terrora və ekstremizm təhlükəsinə qarşı mübarizə, İslamofobiya, İslam dünyasındakı humanitar vəziyyət, "İƏT-2025" Fəaliyyət proqramı, üzv ölkələr arasında elmi (səhiyyə, yüksək təhsil və ətraf mühit) əməkdaşlığın gücləndirilməsi, İslam dünyasında mədəni, sosial və informasiya əlaqələrini gücləndirilməsi və s. məsələlər müzakirə ediləcək.

Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həlli üçün  İƏT-ə üzv olan  ölkələrin nümayəndələrindən ibarət Təmas qrupunun yaradılması məsələsinin də XIII Zirvə toplantısında müzakirə edilməsi gözlənilir.

İƏT Baş katibi İyad Madani bununla bağlı hazırlanmış tövsiyənin dövlət başçılarının müzakirəsinə çıxarılacağını deyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!