22/08/2017 16:53

Valyuta USD EUR RUB TRY
Kurs 1.7008 1.9988 0.0288 0.4835


Dövlət qurumları

Bu magistralda hərəkət məhdudlaşdırılır


12.06.2017   10:12


“Azəravtoyol” ASC tərəfindən  avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

ASAN Radionun məlumatına görə, belə ki, bu gün səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72 -ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

İşlərin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkətində tam və qismən mədudlaşdırılma olacaq. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Bunun üçün də "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sürət həddinə nəzarət etmələrini xahiş edir.




Xəbər lenti

22 Avqust







ASAN Radio telefonunuzda
Facebook