Son 12 ildə Azərbaycanda 486 insan alverçisi məsuliyyətə cəlb edilib.
ASAN Radionun məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov bu gün “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılış mərasimində deyib.
H.Heydərov bildirib ki, 2005-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə qanun qəbul edilib.
Onun sözlərinə göə, Azərbaycanda il ərzində törədilən cinayətlərin bir faizdən azı insan alveri cinayətinin payına düşür:
“2015-ci ildə 26 min 916 cinayət işindən yalnız 128-i insan alveri cinayətidir. Bu rəqəm isə bir faizdən azdır. 12 ildən artıq bir müddətdə insan alveri ilə bağlı 1078 cinayət işi araşdırılıb. Bu müddətdə 486 insan alverçisi məsuliyyətə cəlb edilib. 761 insan alveri qurbanı müəyyən edilərək cəmiyyətə inteqrasiya edilib".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!