USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Auditorlar Palatası müəssisə və təşkilatlara xəbərdarlıq edib

Auditorlar Palatası müəssisə və təşkilatlara xəbərdarlıq edib. ASAN Radio xəbər verir ki, Palatanın müraciətində bildirilir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələbələrinə uyğun olaraq məcburi auditin subyekti olan hüquqi şəxslər hər il maliyyə hesabatlarının düzgünlüyünü müstəqil auditor rəyi ilə təsdiq etməlidirlər.

"Auditdən keçməyən hüquqi şəxslərin rəhbərlərinə tövsiyə olunur ki, 2016-cı il üzrə maliyyə hesabatlarının təxirə salmadan müstəqil auditor rəyi ilə təsdiq olunmasını təmin etsinlər. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən məcburi auditdən yayınmağa görə inzibati cərimə tətbiq edilməsi nəzərdə tutulub. Azərbaycan prezidentinin "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nın təsdiq edilməsi 3 may 2017-ci il tarixli 1361 nömrəli fərmanına müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti Auditorlar Palatasına həvalə edilib", - deyə müraciətdə qeyd edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!