USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Avropa İttifaqı media layihələrinin başlanmasını qeyd edib

Avropa İttifaqı Nümayəndəliyi, ADA Universiteti, ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi və ASAN Radionun birgə layihəsi olan "AvropadASAN" radio verilişinin artıq 2 proqramı efirə çıxıb. 100 FM radio dalğasında efirə çıxan "AvropadASAN” bir saatlıq radio verilişi olub, Avropa ilə bağlı təhsil, informasiya və əyləncəli xəbərlərdən bəhs edəcək və musiqi ilə müşayiət olunur. Verilişə Avropa İttifaqında mədəniyyət, təhsil, səyahət, musiqi dünyasının ən son trendləri barədə məlumatlar daxil olacaq. "AvropadASAN” Azərbaycanda baş tutacaq Avropa mədəniyyət tədbirlərindən danışacaq. Aİ-na Üzv Dövlətlərin Səfirlikləri ilə tərəfdaşlıqda Azərbaycanda fəaliyyət göstərən Aİ Nümayəndəliyi və Avropa Səfirlikləri tərəfindən təşkil olunan gələcək konsertlər, sərgilər, film festivalları, müsabiqələr və digər bayram tədbirləri barədə proqramda məlumat veriləcək. "AvropadASAN” hər ayın birinci və üçüncü həftəsinin çərşənbə axşamı günləri saat 18.30-19.30-da efirə veriləcək, hər ayın ikinci və dördüncü həftəsinin cümə axşamı günlərində saat 14:00 - 15:00-da təkrarlanacaq.

www.SizinAvropa.az Avropa İttifaqı/Avropa Ittifaqı üzv ölkələri ilə Azərbaycan arasında qarşılıqlı əlaqə/mübadiləyə xüsusi diqqət çəkən, mədəniyyət, incəsənət, təhsil, mədəniyyətlərarası dialoq və turizm kimi mövzuları özündə əks etdirən Azərbaycan dilində olan bir veb platformadır. "United Cultures" şirkəti tərəfindən idarə olunan platformanın əsas məqsədləri Azərbaycanda Avropa qurumları ilə yerli əhalinin, xüsüsilə də, gənc nəsil arasında dialoqu gücləndirmək; mədəniyyət sahəsində əməkdaşlığı artırmaq; Avropa mədəniyyəti, təhsili, səyahət imkanları və mədəniyyətlərarası mübadilə barədə faydalı məlumat və xəbərlər vermək və s. kimi bir çox məsələlərdir.

Tədbir zamanı hekayə və foto müsabiqələrinin qalibləri də mükafatlandırılıb. Mart ayı boyunca Aİ-nın maliyyələşdirdiyi "EU NEIGHBOURS east" layihəsi Şərq Tərəfdaşlığı ölkələri olan Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan gənclər üçün "#EUaroundU – Hekayəni danış!" müsabiqəsini keçirib. Gənclər Aİ-nın onların şəxsi həyatına və ya icmasına göstərdiyi təsirdən bəhs edən şəxsi hekayələrini yazmışlar.

Müsabiqə nəticəsində Azərbaycandan 1-ci yerin qalibi Sara Rəcəbli Şərq Tərəfdaşlığı Gənclər Forumunda iştirak etmək üçün 22-23 iyun tarixlərində Polşaya səfər edəcək (bütün xərclər ödənilir), ikinci yerə çıxmış müsabiqə iştirakçıları Cəmilə Musayeva və Günel Mirzəyeva elektron tabletlər qazanıblar.

May ayında Aİ Nümayəndəliyi böyüklər arasında "Azərbaycanda Avropanı tap!" foto müsabiqəsini keçirib. İştirakçılar Aİ və ya Avropa ilə aydın əlaqəni göstərən Azərbaycanda çəkilmiş şəkilləri qısa məlumatla birgə göndərməyə dəvət olunublar (binalar, yerlər, həyat tərzi və s.). Aİ Nümayəndəliyi üç qalibə sertifikat və müxtəlif dəyərdə olan kameralar hədiyyə edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!