USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nəsir Muxtarlı: ASAN Radio cənub bölgəsi üçün yeni bir çağırış, yeni bir nəfəsdir - Audio

Bir aydan artıqdır ki, ASAN Radio cənub bölgəsində 92.7 FM tezliyində yayımlanır. ASAN Radionun çəkiliş və texniki qrupu cənub bölgəsində olub. Həm ASAN Radionun yayım keyfiyyətini yoxlayıb, həm də dinləyicilərin reaksiyasını öyrənib.

Masallı rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı ASAN Radioya müsahibəsində bildirib ki, ASAN Radio cənub bölgəsi üçün yeni bir çağırış, yeni bir nəfəsdir:

"ASAN Radionun mayın 10-da, Ulu öndərin ad günündə cənub bölgəsində yayımlanması ikiqat bayram oldu. Cənub bölgəsində təxminən bir milyon insan yaşayır. ASAN Radionun burada yayımlanması informasiya məkanına yenilik, zənginlik gətirdi. Cənub bölgəsində yaşayan vətəndaşlara xitab etmək, onların arzu-istəklərini ifadə etmək çətin məsələdir, lakin ASAN Radionun qısa müddət ərzində burada populyarlaşması onu göstərdi ki, ASAN Radio bunu bacarır, həyata keçirə bilir. Bu gün bizim zonada ən çox dinlənilən radioların başında - ASAN Radio gəlir."

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!