23/10/2017 21:18

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0000 0.0297 0.4638


Dövlət qurumları

Beynəlxalq yük daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub


17.06.2017   10:24


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çinin Ningxia Kommersiya Departamentinin baş direktor müavini, Ningxia Liman Ofisinin direktoru cənab Kong Guohuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, o cümlədən inşası bu il başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər-bir yol” strategiyasının iki istiqamətindən biri olan və Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər. Azərbaycan ərazisindən keçən marşrutlar daha çox iqtisadi potensiala malikdir.

“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova ASAN Radioya deyib ki, sonra “Beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması və təşkili” məsələsi müzakirə olunub.

Çinin Ningxia Kommersiya Departamentinin baş direktor müavini Kong Guohua çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlı olduqlarını bildirib.

Görüşün sonunda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Ningxia Kommersiya Departamenti arasında Bakı Dəniz Ticarət Limanından istifadə sahəsində niyyət protokolu imzalanıb. Protokolda Bakı Dəniz Ticarət Limanının coğrafi üstünlüklərini və təchizatlarını nəzərə alaraq, buranın Azərbaycan və Xəzər dənizi ərazisindən keçərək Çindən Avropaya, İrana və Rusiyaya, eyni zamanda əks istiqamətdə gedən yüklərin daşınmasında regional toplayıcı və paylayıcı mərkəz kimi istifadə olunması üçün əməkdaşlığın qurulması maraqları ifadə olunub.




Xəbər lenti

23 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook