USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakının daha iki yolunda yenidənqurma işləri başa çatıb

Yasamal rayonu, Füzuli meydanı və Təzəpir məscidi kompleksi ətrafında aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində yeni, müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlər artıq son mərhələdədir.

“Azəravtoyol” ASC-dən ASAN Radioya verilən məlumata görə, Füzuli və Mirzəağa Əliyev küçələrinin davamı olaraq yeni salınan yollardan sonra Nərimanov prospekti və Abdulla Şaiq küçəsində də yenidənqurma işləri başa çatıb.

Artıq sözügedən yollarda avtonəqliyyat vasitələrinin, o cümlədən piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə sınaq yürüşləri keçirilib. Sınaq yürüşlərini “Azəravtoyol" ASC-i və Bakı Nəqliyyat Agentliyi birgə həyata keçirib.

Hərəkətin təşkili və təhlükəsizliyində olan nöqsanları aşkar edib aradan qaldırmaq məqsədi ilə təşkil edilən sınaqlarda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimov, cəmiyyətin və agentliyin mütəxəssisləri, həmçinin yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı ixtisaslaşmış beynəlxalq şirkət olan “GEMMS”-in direktoru Panos Protopsaltis də iştirak edib.

Sınaqlarda yeni salınan küçələrdə döngələr və kəsişən yollar boyu eyni anda bütün zolaqlar üzrə sərnişin avtobusları hərəkət etdirilərək yolların maksimal intensivliyi zamanı yarana biləcək problemlər əyani şəkildə nəzərdən keçirilib. Beynəlxalq təcrübəyə əsaslanaraq avtonəqliyyat vasitələrinin hərəkəti zamanı yarana biləcək problemlər sınaqda iştirak edən qurumların rəhbərlərinin, yerli və xarici mütəxəssislərinin birgə razılığı ilə aradan qaldırılması istiqamətində göstərişlər verilib.

Layihə üzrə yenidən qurulan və yeni salınan yollarda avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə maneə törədən kəsişmə nöqtələrin ləğvi və bununla da tıxacların qarşısının alınmasının vacibliyinə də xüsusi diqqət yetirilib. Yaxın günlərdə istifadəyə veriləcək yollarda məhz bunun hesabına fasiləsiz və maneəsiz hərəkət təmin olunacaq.

Keçirilən sınaq yürüş zamanı keçmiş “Sovetski” ərazisində yaradılan müasir və  beynəlxalq standartlara cavab verən yol infrastrukturunda müxtəlif hissələr üzrə hərəkətin təşkili sxeminə müvafiq dəyişikliklərin edilməsi, yol nişanlarının, işıqforların, digər nizamlayıcı texniki vasitələrin quraşdırılması, ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin dayanacaq yerlərini bildirən üfüqi nişanlanma işlərinin aparılması, küçələr boyu əlil və uşaq arabaları ilə normal hərəkəti təmin etmək üçün pandusların quraşdırılması və sair məsələlər birgə müzakirə olunub, vətəndaşların rahat və təhlükəsiz hərəkətinə maneə yaradan çatışmazlıqların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!