USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Formula 1 Azərbaycan Qran Prisinin yarış cədvəlinin detalları bəlli olub

22-25 iyun tarixlərində Bakıda növbəti dəfə baş tutacaq Formula 1 yarış həftəsonunda keçiriləcək tədbirlərin saatları artıq müəyyənləşib.

ASAN Radio xəbər verir ki, cədvələ əsasən tamaşaçıların dənizkənarı bulvar ərazisində yerləşən Formula 1 şəhərciyi və əyləncə zonalarına girişinə iyunun 22-i saat 14:00-dan etibarən icazə veriləcək, 23-25 iyun tarixlərində isə tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan etibarən daxil ola biləcəklər. Formula 1 şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim yarış həftəsi ərzində konsert proqramları ilə yanaşı müxtəlif əyləncəli tədbirlərin keçiriləcəyini bildirib: “Biz bu il qarşınıza daha zəngin əyləncə proqramı ilə çıxaraq sizlərə açıq havada möhtəşəm bayram əhval-ruhiyyəsi yaşadacağıq. Əyləncə zonalarında təşkil olunmuş müxtəlif növ proqramlarda iştirak edərək yarış həyəcanını əyləncə coşğusu ilə birlikdə yaşaya biləcəksiniz. Burada həmçinin siz Formula 1 dünyası ilə yaxından tanış olaraq ailənizlə birlikdə bir-birindən əyləncəli tədbirlərə qatılmaq imkanına sahib olacaqsınız. Hamınızı əyləncə zonalarında baş tutacaq rəngarəng tamaşalarda əylənərək yarış həftəsonunu zövqlə yaşamağa dəvət edirik.”

Formula 1 ilə yaxından tanışlıq

Dördgünlük bilet alan tamaşaçılar 22 iyunda saat 19:00-dan 20:30-dək Pit Yolu gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu Gəzintisi üçün giriş Formula 1 Şəhərciyində Abşeron tribunasının yanında olacaqdır.

Bundan başqa, Formula 1 Şəhərciyində Azərbaycan Qran Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 23-25 iyun tarixlərində saat 11:00-da başlayaraq günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və onlardan avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli komandaları ilə görüşü üçün məkana erkən gəlmələri məsləhət görülür.

Eyni zamanda tamaşaçılar dənizkənarı bulvar ərazisində yerləşən Oyun Zonalarında quraşdırılmış simulyatorlarda sürücülük bacarığını sınamaqla yanaşı Pit-stop yarışında iştirak edərək əyani şəkildə Formula 1 təcrübəsinə yiyələnə biləcəklər.

Azərbaycan mədəniyyətinin inciləri birarada

Dənizkənarı bulvar zonasında salınan Azərbaycan Mədəniyyəti guşəsində avtoidman həvəskarlarına müxtəlif məşğələlər vasitəsilə Azərbaycan xalqının milli ənənələri və incəsənət nümunələri, o cümlədən xalçaçılıq, dulusçuluq, nəqqaşlıq və oyma sənətinin incəlikləri təqdim olunacaq. Tamaşaçılar onlar üçün burada təşkil olunan atelyelərdə arzuladıqları sənət üzrə öz bacarıqlarını sınaya biləcəklər.

Bir-birindən zövqlü səyyar şoular

Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşğusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara akrobatlar, Spandy Andy, robotlar, pantomima aktyorları və ağacayaqların orijinal tamaşaları, şar, köpük və velosiped şouları, eləcə də digər maraqlı nömrələr daxildir.

Azyaşlılar üçün əyləncə mərkəzi

Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar onlar üçün burada təşkil olunmuş interaktiv və maarifləndirici oyunlarda iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

Əyləncəli proqramlar Sahil və Sabir parklarında yerləşən zonalarda da olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Sahil və Sabir parklarına aşağı qiymətə biletlər təklif edir. Bu biletlər yalnız bu parklara daxil olmağa icazə verəcək. Burada əyləncə tədbirləri iyunun 23-ü saat 11:30-dan 19:30-dək, iyunun 24-ü saat 11:00-dan 19:00-dək və iyunun 25-i saat 11:00-dan 14:00-dək davam edəcək. Bu zonalarda tamaşaçılara nağara şousu, müxtəlif ölkələrin milli rəqsləri, şar ustasının əl işləri və məşhur yerli DJ-lərin çıxışları təqdim olunacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tamaşaçıların büdcəsinə uyğun olaraq Azərbaycan Qran Prisinə müxtəlif qiymətə biletlər təklif edir. Yarış həyəcanını yaxından yaşamaq istəyən tamaşaçılar biletləri şəhərin kassalarından əldə edə bilərlər. Bilet seçimləri haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycurcuit.com.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!