USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib Aİ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir “Azeri Light”ın bir barrelinin qiyməti 64 dolları ötüb “ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb Bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
Yusuf Məmmədəliyev: "Prezident və Birinci vitse-prezidentin rəhbərliyi altında uğur qazanan gənclər olacaq"

"Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması etimadın göstəricisidir. Biz də çalışıb, bu ümidi doğruldacağıq".

ASAN Radio xəbər verir ki, bunu bu gün Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev Prezident yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə söyləyib. 

Y. Məmmədəliyev deyib ki, əsas məqsəd Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir: "Azərbaycan gəncliyinin cavanlığı onun zəif cəhəti yox, üstünlüyüdür. Gənclərimizin intellektual və yaradıcılıq qabiliyyətinin ortaya çıxarılması, həyata keçirilən layihələr bundan sonra da sürətlə davam etdiriləcək. Prezident və Birinci vitse-prezidentin rəhbərliyi altında uğur qazanan məhz gənclər olacaq. Layiqli vətəndaş olmaq üçün Vətəninizi sevin, sağlamlığınızı qoruyun. Eyni zamanda səmərəli işdən sonra istirahət edin. Asudə istirahət daha səmərəli işə kömək edir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio