26/06/2017 02:16

Valyuta USD EUR RUB TRY
Kurs 1.7022 1.8999 0.0285 0.4850


Gündəm

Nikaha daxil olmaq istəyən 11773 nəfərdə talassemiya daşıyıcılığı, 203 nəfərdə QİÇS aşkarlanıb


19.06.2017   13:46


Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu il mayın sonuna qədər müayinədən 279383 nəfər keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ASAN Radioya verilən xəbərə görə, 1 iyun 2015-ci il – 31 may 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. İndiyə qədər müayinədən keçmiş 11773 nəfərdə talassemiya daşıyıcılığı, 1101 nəfərdə sifilis, 203 nəfərdə isə QİÇS aşkarlanıb.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.




Xəbər lenti

25 İyun
24 İyun







ASAN Radio telefonunuzda
Facebook