USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda beştərəfli görüş keçirilib

Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüşü keçirilib. Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak ediblər.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, dəmir yolunda həyata keçirilən islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması və ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Beştərəfli görüşdə  "Cənub-Qərb" nəqliyyat marşrutu - üstünlükləri və inkişaf perspektivləri, eləcə də Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolu rəhbərlərinin  "Cənub-Qərb" nəqliyyat marşrutu inkişaf perspektivləri ilə bağlı ilk yığıncağının protokolunun müzakirəsi və qəbul edilməsi məsələləri müzakirə edilib. Həmçinin görüşdə "Cənub-Qərb" nəqliyyat marşrutunun “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən hazırlanmış veb-saytının və video-rolikin təqdimatı baş tutub.

Müzakirələrlərdən sonra qərara alınıb ki, Hindistan – Fars Körfəzi – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına və həmçinin tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək "Cənub-Qərb" nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları genişləndirilsin. Eyni zamanda bu marşrut üzrə daşınacaq yüklərə iştirakçı ölkələrin dəmir yolları arasında birgə güzəştli tariflərin tətbiq edilməsi məsələsi araşdırılsın.

Qəbul edilmiş razılığa əsasən, “Cənub-Qərb” marşrutu üzrə Azərbaycan Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikası, Ukrayna Respublikası və Polşa Respublikasının dəmir yolları arasında koordinasiya işləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilir. Eyni zamanda “Cənub-Qərb” marşrutu üzrə strateji əhəmiyyətli məsələlər, həmçinin marşrutun inkişaf perspektivləri Koordinasiya Komitəsi tərəfindən həll olunacaq. Marşrut üzrə yüklərin daşınmasında mövcud olan və yarana biləcək maneələrin aşkar edilməsi və aradan qaldırılması məqsədilə, Koordinasiya Komitəsinin nəzdində Azərbaycan, Gürcüstan, İran İslam Respublikası, Ukrayna və Polşa Respublikaları dəmir yollarının nümayəndələrindən ibarət İşçi Qrup yaradılacaq.

Tədbirin sonunda isə müvafiq sənədlər imzalanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!