USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycandan növbəti beynəlxalq uğur - AUDİO

1995-ci ildən Azərbaycanın üzv olduğu Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdikləri yoxlamanın nəticələrinə görə,172 dünya dəniz dövləti sırasında ən qabaqcıllardan olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyan Azərbaycan Respublikası, statistika üzrə ön sırada yer tutub.

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilən yoxlama müddəti ərzində, Beynəlxalq Dəniz Təşkilatı tərəfindən Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların tətbiqi səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi ilə əlaqadar Azərbaycan Respublikasında fəaliyyət göstərən limanların akvatoriyaları daxil olmaqla bütün ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, gəmilərə dair tələblərə əməl olunmasına nəzarət mexanizmi, gəmilərin hərəkətinin idarə edilməsi, limanlara daxil olan və limanlardan çıxan gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılması və giriş-çıxışına icazə verilməsi, dənizdə insan həyatının və dəniz ətraf mühitinin mühafizəsi, eləcə də bu sahədə mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosesi dəqiq şəkildə və incəlikləri ilə araşdırılıb. Yoxlamasının nəticələrinə əsasən müəyyən olunub ki, Respublikamızda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən normativ hüquqi aktlar Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğundur və Audit Ekspert Qrupu tərəfindən gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılması, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyəti, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycan Respublikasının ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sistemi yukşək səviyədə təşkil olunmuşdur. Yoxlama zamanı gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılmasını həyata keçirən nəzarət müfəttişlərinin yalnız dənizçilərdən formalaşdırılması məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş ixtisas tələbləri yüksək qiymətləndirildi. Yoxlamının uğurlu nəticələrinə əsaslanan Audit Ekspert Qrupu xüsusi olaraq vurğuladı ki, bu tələblər və Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsində formalaşdırılmış digər bir sıra nəzarət mexanizmləri dəniz dövlətləri üçün ən yaxşı təcrübə ola bilər. Audit Ekspert Qrupu, Azərbaycan Respublikasında fəaliyyət göstərən limanların akvatoriyalarında gəmilərin yoxlanılmasını həyata keçirən liman nəzarəti müfəttişləri və gəmilərin yoxlanılması prosesinin, habelə gəmilərin hərəkətinin idarə edilməsi sisteminin kommersiya sahəsindən tamamilə ayrılmasını və heç bir sahibkarlıq subyektinin tərkibində olmadan dövlət qurumu olaraq həyata keçirilməsini Beynəlxalq Dəniz Təşkilatının birbaşa tələbi olduğunu  və bu sahədə Respublikamızda əldə edilən nailiyyətləri nümunə olacaq vacib amil kimi dəyərləndirdi. Audit Ekspert Qrupu tərəfindən həyata keçirilən yoxlama zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər qurumlar arasında formalaşdırılmış əməkdaşlıq mexanizmlərinin, həyata keçirilən tədbirlərin koordinasiyasının təşkili Beynəlxalq Dəniz Təşkilatının bununla bağlı tələb və tövsiyyələrinə, habelə dəniz nəqliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübəyə tam uyğunluq təşkil edir.

172 dünya dəniz dövləti sırasında ən qabaqcıllardan olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyan Azərbaycan Respublikasının, statistika üzrə ön sırada yer tutması bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən formalaşdırılmış dövlət siyasətinə uyğun olaraq ölkənin dinamik inkişafı, tranzit potensialının artırılması, regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, qədim dənizçilik tarixinə malik olan Respublikamızın dəniz qüdrətinin daha da yüksəldilməsi, eləcə də qabaqcıl dəniz dövlətləri ilə rəqabətə davamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması istiqamətində gələcəkdə də uğurların əldə edicələyi şübhəsizdir.

Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!