USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Dəniz Administrasiyası Azərbaycanı beynəlxalq tədbirdə təmsil etdi - AUDİO

Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 98 – ci sessiyası işini yekunlaşdırıb. 1995 – ci ildən Azərbaycan Respublikasının üzv olduğu adıçəkilən Beynəxalq Təşkilatın sessiyasında Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyada etimadnamələr haqqında məruzə, Beynəlxalq Dəniz Təşkilatının digər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, BDT – nin sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, yük və konteynerlərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri, insan amili, təlim və növbəçəkmə, gəmi dizaynı və konstruksiyası, naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq edilməsi üçün potensial imkanların yaradılması, dəniz üzgüçülüyünün təhlükəsizliyinin qiymətləndirilməsi, gəmilərə edilən silahlı basqın və dəniz quldurluğu, qeyri-qanuni miqrasiya, BDT alətlərinin implementasiyası, beynəlxalq təşkilatlarla əlaqələr və digər mühüm məsələlər müzakirə olunub.

Sessiya zamanı “Dənizdə insan həyatının mühafizəsi haqqında 1974 – cü il tarixli Beynəlxalq Konvensiya”ya (SOLAS), “Qaz və aşağı alışma temperaturuna malik digər yanacaqdan istifadə edən gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə”yə (IGF Code), “Yüksək sürətli gəmi haqqında 1994 – cü il tarixli Beynəlxalq Məcəllə”yə (1994 HSC Code), “Yüksək sürətli gəmi haqqında 2000 – ci il tarixli Beynəlxalq Məcəllə”yə (2000 HSC Code), “Xilasedici vasitələr haqqında Beynəlxalq Məcəllə”yə (LSA Code), “Qalama üsulu ilə daşınan bərk yüklər haqqında Beynəlxalq Məcəllə”yə (IMSBC Code) təklif edilən düzəlişlər qəbul edilib.

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!