USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib - Fotolar/Audio

20 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib. 

ASAN Radio Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev tədbir iştirakçılarını salamlayaraq, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanın  imzalanması və bu fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı görülmüş işlər barədə məlumat verib. O bildirib ki, Fərmanla Dövlət Agentliyinə qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılması tapşırılıb.

Ülvi Mehdiyev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikini fəaliyyəti subyektlərinə ətraflı məlumatın verilməsi, qarşılıqlı əməkdaşlığın təşkili, Monitorinq sisteminin fəaliyyəti barədə məlumatlandırmanın təmin edilməsidir. Eyni zamanda tikinti fəaliyyəti subyektlərinə monitorinq fəaliyyətinin təşkili və keçirilməsi, habelə Monitorinq sistemindən istifadəsi ilə bağlı məlumatların verilməsidir. 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov monitorinq mərkəzi barəsində təqdimat edib. 

Fariz Cəfərov bildirib ki, Monitorinq Mərkəzinin əsas fəaliyyəti qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinin yaradılması, işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin formalaşdırılması, tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılmasından ibarətdir.

Onun sözlərinə görə, Monitorinq Mərkəzi öz fəaliyyətini həyata keçirdikdə, aidiyyəti dövlət qurumlarından bu sahədə həyata keçirdikləri tədbirlərə dair hesabatları və zəruri olan digər materialları müqayisəli təhlil edəcək, şübhələr yarandıqda səyyar monitorinq qruplarının tikinti obyektlərinə göndərilməsini təmin edəcək və aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsini həyata keçirəcəkdir. 

Tədbir qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!