USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
2018 Formula 1 Azərbaycan Qran Prisi gələn il 27-29 aprel tarixlərində keçiriləcək

Bakıda keçirilən növbəti Formula 1 yarışı ərəfəsində 2018-ci ilin təqvimi açıqlanıb.

ASAN Radio bildirir ki, dünən Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının İsveçrənin Cenevrə şəhərində baş tutan görüşü zamanı 2018 FIA Formula 1 Dünya Çempionatının təqvimi təsdiqlənib. Təqvimin 4-cü yarışı 2018 Formula 1 Azərbaycan Qran Prisi adı altında paytaxt Bakıda keçiriləcək. Bununla da Azərbaycan Qran Prisi gələn il ilk iki ilin təqvimdəki yeri ilə müqayisədə daha əvvəldə qərarlaşıb. Ardıcıl iki il F1 yarışına iyun ayında ev sahibliyi edən Bakı Şəhər Halqası (BŞH) üçün 27-29 aprel tarixləri önəmli dəyişiklikdir.

Yeni təqvimin ilkin versiyasında digər maraqlı dəyişikliklər diqqətdən qaçmır. Belə ki, 2016-cı ildə olduğu kimi 2018-ci ildə də rekord sayda yarış – 21 Qran Prinin keçiriləcəyi gözlənilir.

“Yarış təşkilatçılarının daha çox hazırlıq vaxtlarının olması üçün gələn ilin təqvimini vaxtından əvvəl yekunlaşdırmaq istəyirdik və FİA ilə yaxın əməkdaşlıq nəticəsində buna nail ola bildik”, - deyə Formula 1-in rəhbəri Çeyz Keri 2018 F1 təqviminin ilkin versiyasının elanından sonra mətbuata verdiyi açıqlamada bildirib.

“Hazırki yarış təşkilatçılarımıza hər bir yarışın xüsusi tədbir olduğunu göstərmək və həmçinin ən vacib tərəfdaşımız olan Formula 1 həvəskarları üçün hər bir yarışı unikal və yaddaqalan etmək istiqamətində var gücümüzlə çalışırıq. Əgər buna nail olsaq, bütün Formula 1 ailəsi bundan faydalana biləcək”. -deyə o, əlavə edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!