USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xeyriyyə konserti keçirilib - Fotolar

Müasir Psixologiya Mərkəzi, Olimpik Star və “Körpəm və mən”sosial qrupunun birgə təşkilatçılığı ilə serebral iflic diaqnozlu Fatimə Dostməmmədovanın növbəti müalicə kursu üçün ehtiyac olan məbləğin toplanması məqsədilə əyləncəli konsert baş tutub. Əyləncə mərkəzində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyasının balaca istedadları tərəfindən tamaşaçılara mahnılar, rəqslər tamaşalar nümayiş olunub.

Sevimli klounun iştirakı uşaqların əyləncəsinə əlavə rəng qatıb.

Tədbirin təçkilatçılarından olan Müasir Psixologiya Mərkəzinin baş psixoloqu Aida Nəbiyeva ASAN Radioya müsahibəsində xeyriyyə tədbirinin keçirilməsində dəstək olan hər bir kəsə təşəkkürünü bildirib. “Bir birimizə dəstək oluruq, Fatiməyə dəstək oluruq. Bu çox gözəl bir şeydir. Ümid edirik ki, yaxın zamanlarda hamımız  birlikdə Fatimənin uğurlarını, irəliləyişlərini  bir-birimizlə bölüşəcəyik” - deyə Aida Nəbiyeva vurğulayib.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva bu cür tədbirlərdə daima iştirak etdiklərini qeyd edib: "Biz həm də istəyirik ki, burda iştirak edən bizim istedadlı uşaqlarımız da özlərində yaşıdlarına qarşı mərhəmət hissi formalaşsın və bölüşə bilsinlər.

Tədbirdə istedadlı uşaqlarla yanaşı, tanınmış müğənnilər də iştirak ediblər.

Qeyd edək ki, konsertdən əldə olunan gəlir serebral iflic diaqnozlu Fatimə Dostməmmədovanın müalicə xərclərini qarşılayacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!