USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda keçiriləcək Formula-2 yarışı da avtoidman həvəskarlarına xoş anlar yaşadacaq

Dünyanın ən çox sevilən idman yarışlarından olan Formula-1 dünya çempionatının səkkizinci mərhələsi – Azərbaycan Qran-Prisinə artıq son hazırlıqlar gedir. Paytaxt Bakı bu mötəbər idman yarışına ciddi hazırlaşır. Lakin bu həftəsonu Bakıda təkcə Formula-1 yarışı keçirilməyəcək. Qran-Pri ilə yanaşı təşkil olunacaq Formula-2 yarışı da tamaşaçılara maraqlı anlar yaşadacaq.

ASAN Radio xəbər verir ki, Formula-2 yarışı Avropada geniş yayılıb. Dünyanın dörd bir yanından olan avtoidman həvəskarları Formula 2-ni Formula-1-ə keçmək üçün var qüvvəsi ilə mübarizə aparan sürücülərin ortaya qoyduğu möhtəşəm şouya görə sevirlər. Nə üçün var gücü ilə? Hər Formula-2 iştirakçısı bilir ki, bu çempionatda əldə etdiyi qələbə və podyumlardan sonra Formula-1-in uğurlu komandasından təklif ala bilər. Məhz bu səbəbdən Formula-2 pilotları daha gərgin mübarizə aparırlar və trekdə bir-biri ilə güclü rəqabət içərisində olurlar.

İldən-ilə Formula-2 azarkeşlər üçün daha yaxşı şou nümayiş etdirir. Sürücülər qərarlı və təmkinli, bolidlər isə sürətlidir. Hər bir pilot çempion olmaq arzusu ilə hərəkət edir və bu səbəbdən 20 yaşlarında olan ambisiyalı sürücülər üçün yarış treki əsl döyüş meydanına çevrilir.

Ötən il Azərbaycanda keçirilən Formula-2 yarışları gərgin idman mübarizəsi baxımından əsas yarış olan Formula-1 Qran-Prisindən heç də geri qalmadı. Mübarizə çox gərgin idi ki, təhlükəsizlik maşınının 4 dəfə trekə çıxmasına ehtiyac yarandı. Bakıda keçirilən Formula 2-nin hər iki yarışında çox sayda ötmələr və qəzalar baş verdi. Həqiqətən də pilotlar Bakının mərkəzi küçələrində gənclər arasında ilk dəfə baş tutan yarışı qazanmaq üçün var gücləri ilə mübarizə aparırdılar.

Tezliklə Formula-1 sürücüsü kimi yarışa çıxacaq Antonio Giovinazzi 2016-cı ildə Azərbaycanda baş tutan hər iki Formula-2 yarışının qalibi olub. Bu, Antonio üçün ilk belə böyük uğur idi. Bu uğur onun Formula-2 üzrə çempionluq titulunu qazanmaq yolunda apardığı mübarizənin başlanğıcı sayıla bilər.

Bu il azarkeşlər dünyanın ən yaxşı pilotları arasında davam edən başqa bir gərgin mübarizəyə şahid olacaqlar. Monakolu pilot Çarles Leklerk hazırda xal baxımından liderdir. “Ferrari” Sürücü Akademiyasının üzvü bu il indiyədək iki dəfə Formula-2 yarışının qalibi olub və indi o, yeni kubok əldə etməyə tam hazırdır. Çarlesin əsas rəqibi isə britaniyalı pilot Oliver Roulanddır. “Renault F1” komandasının təkmilləşdirmə pilotu xal cədvəlində hazırda ikinci sıradadır. Rouland rəqibi Leklerki məğlub edərək liderliyi əldə etməyə can atır.

Rusiyalı Artem Markelov isə yarışlarda qalib ola bilmək bacarığını qətiyyətlə nümayiş etdirən pilotdur. O, qələbə üçün əsas iddialı namizədlərdəndir. İtalyan Luka Giotto xal baxımından A.Markelovdan sonra qərarlaşıb.

Çempionatda beşinci pillə Formula-2-nin ən mübahisəli pilotu Nobuharu Matsuşitaya məxsusdur. Ötən il yaponiyalı pilot qələbəyə iddialı idi. O, yarışlarda dəfələrlə rəqibləri ilə toqquşdu. Matsuşita ehtiyatsızlığa görə növbəti yarışdan kənarlaşdırıldı. Lakin bu il Nobuharu daha ehtiyatlı olmağa çalışır. Azarkeşlər bu il Bakıda Matsuşitanı izləməyi səbrsizliklə gözləyirlər.

Bu il Azərbaycanda keçirilən Formula-2 yarışının ulduz qonağı da var. Ötənilki çempionatın bürünc medalçısı Sergey Sirotkin sadəcə Bakı yarışı üçün Formula 2-yə qayıdır. Rusiyalı pilot “ART Gran Prix” komandasının heyətində Aleksander Albonu əvəzləyəcək. O, ötən il Bakıda keçirilən Formula-2 yarışının hər ikisində podyuma çıxa bilmişdi. Bu il Sergey qələbəyə iddialı olan əsas namizədlərdəndir.

Bakıda Formula-2-nin ilk yarışı iyunun 24-də, qrid düzülüşü ilə baş tutacaq ikinci yarış isə bir gün sonra keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!