USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
APA TV-də “ASAN Radio” – “APA Holdinq” əməkdaşlığı müzakirə olundu - FOTOLAR/VİDEO

Bu gün APA TV-nin “Bizim Həftə” verilişində “APA Holdinq” və ASAN Radio arasında imzalanmış memorandum, bu sənəddən irəli gələn qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, gələcəkdə planlaşdırılan birgə layihələr müzakirə olunub. 

Bundan başqa verilişdə “APA Holdinq” – ASAN Radio əməkdaşlığının Azərbaycanda peşəkar jurnalistikanın formalaşmasına böyük töhvə verəcəyi, ümumiyyətlə, ölkəmizdə peşəkar informasiya qurumlarının əməkdaşlıq etməsinin zəruriliyi ətrafında diskussiya aparılıb.

İlqar Rəsulun aparıcısı olduğu “Bizim Həftə” verilişində “APA Holdinq”in Direktorlar Şurasının sədri Nurşən Quliyev, ASAN Radionun direktoru Emin Musavi və Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov qonaq olublar.

Xatırladaq ki, 2017-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin “ASAN Radio” Departamenti və “APA Holding” MMC arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb.

Memorandum “ASAN Radio” və “APA Holding” arasında informasiya dəstəyi, eyni zamanda digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!