USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürəcək - CƏDVƏL

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürəcək.

ASAN Radio xəbər verir ki, Bakıda ardıcıl ikinci il təşkil olunacaq nüfuzlu yarışın əsas hissəsi iyunun 25-də olacaq.

Formula 1-in cədvəlinə əsasən, bu gün saat 13:00 və 17:00-da iki sərbəst yürüş keçiriləcək. Sonuncu sərbəst yürüş isə iyun 24-də, sıralama turundan 3 saat əvvəl – 14:00-da başlayacaq.

İyunun 25-də saat 15:30-da pilotların paradı olacaq. Açılış mərasimi isə 45 dəqiqə sonra start götürəcək. Saat 16:15-də dövlət himni səslənəcək. Və nəhayət, 17:00-da Qran Pirinin həlledici mərhələsi başlayacaq. Yarışda iştirak edən 10 komanda - "Mercedes" (Luis Hemilton və Valterri Bottas), "Red Bull" (Daniel Rikkardo və Maks Ferstappen), "Ferrari" (Sebastyan Fettel və Kimi Raykkonen), "Force İndia" (Serxio Peres və Esteban Okon), "Willams" (Felipe Massa və Lens Stroll), "McLaren Honda" (Fernando Alonso və Stoffel Vandorn), Toro Rosso (Daniel Kvyat və Karlos Sayns), "Haas" (Roman Qrojan və Kevin Maqnussen), "Renault" (Niko Hülkenberq və Colion Palmer) və "Sauber"in (Markus Eriksson və Paskal Verlyayn) ümumilkdə 20 üzvü hökümət meydanından başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, "Formula-1" üzrə 2017-ci il mövsümünə martın 26-da Avstraliya Qran-prisi ilə start verilib. Artıq yarışın 7 mərhələsi geridə qalıb. “Mersedes AMG" komanda hesabında 222 xalla liderdir. Sürücülərin sıralamasında isə 141 xalla "Ferrari"nin pilotu Sebastiyan Fettel ilk pillədə qərarlaşıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!