USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ABAD” “BMT-nin Dövlət Xidmətləri Forumu”nda təqdim olundu

22 - 23 iyun 2017-ci il tarixində Niderland Krallığının Haaqa şəhərində “Gələcək İndidir: 2030 Gündəliyi naminə Dövlət Xidmətləri Sahəsində İnnovasiyanın Sürətləndirilməsi” mövzusuna həsr edilmiş “BMT-nin Dövlət Xidmətləri Forumu” keçirilib.

Forumda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Forumun keçirilməsində məqsəd səmərəli dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri və digər bu kimi məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətdə müsbət təcrübələrinin mübadiləsi və mükafatlandırma mərasiminin keçirilməsi olub.

Forumda dünyanın müxtəlif ölkələrindən aparıcı nazirliklərin və təşkilatların rəhbərləri, beynəlxalq ekspertlər, kütləvi informasiya vasitələri və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Forumu BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş katibinin müavini cənab Vu Honqbo və Niderlandın daxili və krallıq əlaqələri naziri cənab Ronald Plasterk açıq elan edərək forumun önəmindən, müasir dünyanın innovasiyalarla irəli getdiyindən, qabaqcıl təcrübələrin bölüşülməsinin vacibliyindən bəhs ediblər. Daha sonra Haaqa şəhərinin meri xanım Pauline Krikke iştirakçıları salamlayaraq tədbirin keçirilməsinin müasir çağırışlardan irəli gələn obyektiv zərurət olduğunu qeyd edib.

Forum çərçivəsində “İş yerlərinin yaradılması və rifah” mövzusunda təşkil olunmuş 1-ci paneldə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, bu islahatların tərkib hissəsi olan “ABAD” publik hüquqi şəxsin uğurlu fəaliyyəti barədə geniş təqdimat edib.

“ABAD”ın Azərbaycanda ailə bizneslərinin və ailə brendlərinin inkişaf etdirilməsinə yönəlmiş təşəbbüs olduğunu və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlıgın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsarrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosial yönümlü layihələri olduğu bildirilib. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Həmçinin səfər çərçivəsində Niderlandın daxili və krallıq əlaqələri naziri cənab Ronald Plasterk, Uqanda Respublikasının dövlət xidmətlərinin naziri cənab Muruli Mukasa, İndoneziya Respublikasının idarəçilik və bürokratik islahatlar naziri cənab Asman Abnur, Əfqanıstan İslam Respublikasında təsis edilmiş “ASAN Khedmat”in direktoru cənab Şahzad Aryobi ilə ikitərəfli görüşlər keçirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!