18/12/2017 09:14

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0032 0.0289 0.4379


İdmandasan

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək


25.06.2017   10:41


Bu gün Bakıda "Formula-1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək.

ASAN Radionun məlumatına görə, yarışda hər birindən iki pilot olmaqla, 10 komanda iştirak edəcək.

Nüfuzlu turnirə saat 15:30-da pilotların paradı ilə start veriləcək. Açılış mərasimi isə 20 dəqiqə sonraya təyin olunub. Saat 16:46-da dövlət himni səslənəcək. Nəhayət, 17:00-da Qran-pirinin həlledici mərhələsi başlayacaq. Pilotlar hökümət meydanından başlayaraq, Qız Qalası, İçərişəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar. Hər dairənin uzunluğu 6.003 km, trekin ümumu məsafəsi isə 306.049 km-dir.

Azərbaycan Qran-prisinin start düzülüşü bu cürdür: Luis Hamilton, Valtteri Bottas (hər ikisi "Mercedes"), Kimi Raykonnen, Sebastyan Fettel (hər ikisi "Ferrari"), Maks Ferstappen (Red Bull), Serxio Peres, Esteban Okon (hər ikisi "Force İndia"), Lens Stroll, Felipe Massa (hər ikisi "Williams"), Daniel Rikkardo (Red Bull), Daniil Kvyat (Toro Ross), Kevin Maqnussen (Haas), Niko Hulkenberq (Renault), Paskal Verlayn (Sauber), Karlos Saynz (Toro Rosso), Roman Qrojan (Haas), Markus Eriksson (Sauber), Stoffel Vandorn (McLaren), Fernando Alonso (McLaren), Colion Palmer (Renault).

"Formula-1" üzrə 2017-ci il mövsümünə martın 26-da Avstraliya Qran-prisi ilə start verilib. Artıq yarışın 7 mərhələsi geridə qalıb. “Mercedes" komanda hesabında 222 xalla liderdir. Sürücülərin sıralamasında isə 141 xalla "Ferrari"nin pilotu Sebastyan Fettel ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 2016-cı ildə Bakıda keçirilən "Formula-1" üzrə Avropa Qran-prisində “Mercedes” komandasının pilotu Niko Rosberq qalib olub (1:46.485).




Xəbər lenti

18 Dekabr
16 Dekabr
15 Dekabr











ASAN Radio telefonunuzda
Facebook