18/12/2017 09:13

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0032 0.0289 0.4379


İdmandasan

Bakıda Formula-1 həyəcanı əyləncə proqramı ilə davam edib - FOTOLAR


25.06.2017   12:21


İyunun 24-də Azərbaycan Qran-Prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən Formula-1 Şəhərciyinə toplaşıblar.

ASAN Radio xəbər verir ki, Formula-1 Azərbaycan Qran-Prisinin sıralanma turundan sonra məşhur müğənni Nikol Şerzinger Bakıda səhnəyə çıxıb. Öz gözəl səsi və ifaları ilə Formula-1 Şəhərciyinə toplaşanlara maraqlı anlar yaşadan müğənni öz hit mahnılarını səsləndirərək Bakı tamaşaçısına unudulmaz anlar yaşadıb.

N.Şerzinger “Pussycat Dolls” qrupunun solisti olan zaman bu kollektivin "Grammy" musiqi mükafatına namizədliyi irəli sürülmüşdü. Bu dövr ərzində Nikol 16 milyonu solo olmaqla, ümumilikdə 37 milyon sinql satışı ilə dünyada rekorduna sahib olub.

Nikol Şerzingerdən sonra səhnəyə mahnıları ən çox satılan, məşhur və ən yenilikçi qruplardan olan "The Black Eyed Peas" çıxıb.

Həyəcanverici və dinamik konsert proqramı ilə musiqili gecəyə yekun vurulub.




Xəbər lenti

18 Dekabr
16 Dekabr
15 Dekabr











ASAN Radio telefonunuzda
Facebook