19/10/2017 15:08

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0000 0.0297 0.4638


İdmandasan

Bakıda Formula-2 üzrə ikinci yarış başlayıb


25.06.2017   14:00


İyunun 25-də saat 14:00-da Bakıda Formula-2 üzrə ikinci yarışa (8-ci mərhələ) start verilib.

ASAN Radio xəbər verir ki, Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula-2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

Dünənki birinci yarışdan fərqli olaraq, bu dəfə pilotların mübarizəsi qrid düzülüşü üzrə təşkil edilib.

Yarış 12 dövrə və ya 45 dəqiqə davam edəcək.

Bakıda Formula-2 üzrə birinci yarışın - 7-ci mərhələnin qalibi “PREMA Racing” komandasının pilotu monakolu Şarl Lekler olub. Ş.Lekler 1 dəqiqə 54,025 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb. “Rapax” komandasının pilotu Nik de Vris yarışı ikinci, “DAMS”-ın kanadalı sürücüsü Nikolas Latifi isə üçüncü pillədə başa vurublar.




Xəbər lenti

18 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook