USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və İranın Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 2017-ci il 3-9 iyul tarixində İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

Nazirlikdən ASAN Radioya verilən məlumata görə, Mədəniyyət Günləri çərçivəsində Tehran, İsfahan şəhərlərində musiqi və teatr kollektivlərinin iştirakı ilə konsertlər, teatr tamaşası, kino nümayişi, foto, turizm, milli mətbəx və miniatür kitab sərgiləri keçiriləcək.

Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycan mədəniyyəti və incəsənətinin, turizm potensialının təbliği, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsi məqsədilə təşkil olunur.

Tədbir çərçivəsində Tehrandakı Vəhdət Sarayında Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə Azərbaycan və İran bəstəkarlarının əsərlərindən ibarət qala konsert, Tehran İncəsənət Akademiyasında Azərbaycan fotoqraflarının əsərlərindən ibarət “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi, iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüş və təqdimat, Ərəsbaran Mədəniyyət Mərkəzində Azərbaycan filmlərinin (“Buta”, quruluşçu rejissor İlqar Nəcəf; “Çölçü”, qurulucu rejissor Şamil Əliyev; “Nabat”, quruluşçu rejissor Elçin Musaoğlu; “Yarımçıq xatirələr”, quruluşçu rejissor Elxan Cəfərov; “Dərs”, quruluşçu rejissorlar Rafiq Əliyev, Cavid Təvəkkül) nümayişi, eyni zamanda Tehrandakı “Hünər” Sarayında Azərbaycan Dövlət Musiqili Teatrının Ü.Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası əsasında hazırladığı (quruluşçu rejissor Yusif Əkbərov) eyniadlı tamaşanın nümayişi nəzərdə tutulur.

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və İranlı musiqiçilərin iştirakı ilə İsfahanda da konsert proqramı icra olunacaq.

Mədəniyyət Günlərində iştirak edəcək nümayəndə heyətinə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edəcək. Səfər çərçivəsində nazirin bir sıra görüşləri nəzərdə tutulub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!