24/09/2017 01:43

Valyuta USD EUR RUB TRY
Kurs 1.7007 2.0209 0.0292 0.4853


Dövlət qurumları

DİM iyunun 30-də 57910 şagird üçün buraxılış imtahanı keçirib


30.06.2017   18:11


Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada  yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 57910 şagird (IX sinif üzrə 32388, XI sinif üzrə 25522) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

DİM-in mətbuat xidmətindən ASAN Radioya xəbər verilib ki, 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılmış və imtahan prosesinin gedişinə nəzarət olunmuşdur.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılmışdır. İyulun 1-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.




Xəbər lenti

23 Sentyabr
22 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook