USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Əli və Nino” filmi ABŞ Dövlət Departamentində izləyiciləri heyran edib

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları (The Associates of the American Foreign Service Worldwide) Assosiasiyasının təşkilatçılığı ilə ABŞ Dövlət Departamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilmiş "Əli və Nino" filmi nümayiş olunub.

Ölkəmizin ABŞ-dakı səfirliyindən ASAN Radioya bildiriblər ki, tədbirdə Dövlət Departamentinin çoxsaylı əməkdaşları, Vaşinqtonda akkreditə olunmuş səfirlər və ictimai xadimlər iştirak ediblər.

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının proqram direktoru Şeyla Svitzer Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkilmiş film haqqında məlumat verib.

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının Prezidenti Coanna Asanasopoulos Oven çıxış edərək Oskar mükafatçısı Asif Kapadianın rejisoru olduğu “Əli və Nino” filminin çəkilişində məşhur beynəlxalq kino ulduzlarının, eləcə də, Mandi Patinkin, Adam Bakri, Maria Valverde və Halit Ergencin yer aldığını diqqətə çatdırıb.

Səfir Elin Süleymanov filmdə də göstərildiyi kimi dövlət müstəqilliyin həm Azərbaycan, həm də Gürcüstan xalqları üçün qürur mənbəyi olduğunu bildirərək ABŞ tərəfinin bu amilə xüsusi diqqət yetirməsini tövsiyyə edib. O, adı çəkilən roman əsasında çəkilmiş “Əli və Nino” filminin regionumuzdakı milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya biləcəyini qeyd edib.

Qeyd edək ki, “Əli və Nino” filmi ABŞ Dövlət Departamentində ilk dəfədir ki, nümayiş etdirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!