Ağdam rayonunda ötən ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilir.
ASAN Radio xəbər verir ki, yarışda rayonun 18 cəbhəyanı kəndini, 4 məcburi köçkün qəsəbəsini və ərazidə yerləşən N saylı hərbi hissəni təmsil edən 12 komanda iki qrupda mübarizə aparır. Qrupdaxili oyunların nəticələrinə görə birinci və ikinci yerləri tutan komandalar finalda qarşılaşacaq.
Turnir iyulun 12-də şəhid zabitin doğum günü başa çatacaq. Birinci, ikinci və üçüncü yerə çıxan komandalara kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim ediləcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!