USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
#AzerbaijanGP həştəqi sosial mediada ilk sırada olub

İyunun 23-25-də Bakıda keçirilmiş Formula-1 Azərbaycan Qran-Prisi yarış zamanı, yarışdan əvvəl və sonra sosial mediada əsas müzakirə obyektinə çevrilib.

ASAN Radio xəbər verir ki, on milyonlarla “Twitter” istifadəçisinin yarış həftəsonu ərzində və yarışdan sonra Bakıda keçirilmiş möhtəşəm Qran-Pri ilə bağlı etdiyi çoxlu sayda paylaşım nəticəsində #AzerbaijanGP həştəqi günlərlə ən üst sıralarda yer alıb. Yarış başladıqdan etibarən ilk üç saat ərzində #AzerbaijanGP həştəqi “Twitter”də ən çox paylaşılan həştəq olub.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Azərbaycan paytaxtında ikinci dəfə təşkil olunan Formula-1 yarışını yüksək qiymətləndirib və növbəti il apreldə baş tutacaq üçüncü yarış üçün hazırlıqlara artıq indidən başladıqlarını bildirib: “Möhtəşəm yarış həftəsonunun bir parçası olmaqdan çox böyük qürur duyuram. Ötən illə müqayisədə həm ölkə daxilindən, həm də xaricdən daha çox azarkeşin yarışı izləməyə gəlməsi onu göstərir ki, biz Azərbaycanda möhkəm və sarsılmaz Formula-1 mədəniyyətinin yaradılmasında böyük irəliləyiş əldə etmişik. Biz inanırdıq ki, həm yarışı izləmək üçün Bakıya gələn azarkeşlər, həm də ekran arxasında əyləşərək evlərindən yarışa tamaşa edən hər bir avtoidman həvəskarı üçün möhtəşəm tədbir ərsəyə gətirəcəyik. Ancaq bununla belə, biz bu yarışın gözlədiyimizdən daha yüksək səviyyədə keçəcəyini əvvəlcədən proqnozlaşdıra bilməmişdik. Bakı şəhər halqası builki yarışla Formula-1 çempionatının ən maraqlı yarış məkanlarından birinə çevrildi. Əminəm ki, bu yarış Formula-1 azarkeşlərinin yaddaşında uzun müddət qalacaq. Tarkan, Nikol Şerzinger, “The Black Eyed Peas” qrupu və Meraya Kerinin verdiyi möhtəşəm konsertlər yarış həftəsonunda azarkeşlərin böyük marağına səbəb oldu”.

Bu mötəbər idman yarışının təşkilinə görə əməyi keçənlərə minnətdarlığını bildirən A.Rəhimov deyib: “Mən böyük eşq və həvəslə ortaya qoyduğu heyrətamiz işə görə möhtəşəm kollektivimizə və tərəfdaşlarımıza və eləcə də şəhər, trek və yarışı böyük sevgi ilə qarşılayan bütün Formula-1 icmasına dərin minnətdarlığımı bildirirəm. Əlbəttə ki, bu uğurlarımız bizi rahat olmağa sövq etməyəcək. Əksinə, artıq gələn il aprelin sonlarında baş tutacaq növbəti Formula-1 yarışı üçün hazırlığa indidən başlamışıq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!