24/09/2017 01:46

Valyuta USD EUR RUB TRY
Kurs 1.7007 2.0209 0.0292 0.4853


Dövlət qurumları

Sürücülərin nəzərinə: Bu yol bağlı olacaq


04.07.2017   10:45


Pirşağı qəsəbəsinin girişində yerləşən və dəmir yolu üzərindən keçən avtomobil körpüsündə iyulun 5-i səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq təmir işlərinə başlanılacaq.

"Azəravtoyol" ASC-nin Mətbuat katibliyindən ASAN Radioya verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sözügedən körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

"Azəravtoyol" ASC təmir işləri ilə əlaqədar olaraq yarana biləcək narahatlığa görə vətəndaşlardan öncədən üzr istəyir.

Qeyd edək ki, sözügedən körpü Novxanı-Pirşağı avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində təmir olunur.




Xəbər lenti

23 Sentyabr
22 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook