USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ermənilərin atəşi nəticəsində həlak olan Alxanlı sakinlərinin fotoları və XİN-in hadisə ilə bağlı bəyanatı ATƏT PA üzvlərinə paylanılıb

Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin həlak olması məsələsi ATƏT Parlament Assambleyasının (PA) Minskdə keçirilən 26-cı illik sessiyasında qaldırılıb.

ASAN Radionun məlumatına görə, Azərbaycan Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, MM sədrinin müavini Bahar Muradova iclasda çıxış edərək Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı hücumlarının sistemli xarakter daşıdığını bildirib.

B. Muradova qeyd edib ki, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

“Burada qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələsini müzakirə etdiyimiz bir vaxtda ölkəmizdə, torpaqlarımızda qan töküldüyünü düşünməkdən dəhşətə gəlirik. Mən Füzuli rayonundan məcbur köçkünəm. Qoşunların təmas xəttində yaşayan seçicilərim daim təhlükə altındadır. Orada dinc sakinlər yaşayır, qarşı tərəfdə isə erməni silahlı birləşmələri yerləşir”.

Həlak olanları şəxsən tanıdığını qeyd edən B. Muradova iclas iştirakçılarını, eləcə də bütün dünya ictimaiyyətini bu cinayəti qətiyyətlə pisləməyə çağırıb: "Deputatlar dialoqun yollar tapmalı, qan tökülməsinin qarşısının alınmasına öz töhfələrini verməlidirlər".

ATƏT-in PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev də sessiyada çıxış edərək, Ermənistanın silahlı qüvvələrinin atəşi nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi faktını sərt şəkildə qınayıb.

A. Quliyev bildirib ki, erməni silahlı birləşmələri qəsdən mülki əhalini hədəfə alaraq iki günahsız insanı - Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirib: “Bu, Ermənistanın Azərbaycan xalqına qarşı olan barbar və vəhşi hərəkətdir. ATƏT PA bu qəddar hücumları kəskin şəkildə pisləməlidir. Münaqişələrdə belə halların baş verməsinə heç vaxt icazə verməməliyik. Düşünürəm ki, bu hərəkət azərbaycanlı mülki əhali qarşı  qəsdən, məqsədli şəkildə törədilmiş hücumdur. Bu kimi hallar beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasıdır və birbaşa olaraq 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir. Minsk Qrupunun həmsədrləri bu məsələ ilə məşğul olmalı və belə qəddar hücumları pisləməlidir, dərhal bu kimi hücumları dayandırmaq üçün addım atmalıdır”.

A. Quliyev bütün hərbi və siyasi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirərək ATƏT PA-nın bu insidentlə bağlı səssiz qalmamasının və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulayıb.

Sessiyada qətlə yetirilən mülki şəxslər barədə XİN-in bəyanatı və onların şəkilləri ATƏT PA-nın üzvlərinə paylanılıb.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!