USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ermənilərin Füzulidəki vəhşiliyi ilə əlaqədar Avropa Parlamenti və Avronest PA-ya müraciət ünvanlanıb

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentinin və Avronest PA-nın üzvlərinə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx yaşadığı Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində kənd sakinləri 50 yaşlı Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması ilə əlaqədar müraciət ünvanlayıb.

ASAN Radionun məlumatına görə, müraciətdə deyilir ki, iyulun 4-də baş verən hadisə Ermənistanın 25 il apardığı işğalçı siyasətinin davamıdır.

Qeyd olunur ki, Ermənistan bu terror siyasəti ilə daim Azərbaycan əhalisini qorxu və təşviş içində saxlamaq və sülh danışıqlarında Azərbaycana təzyiqlər etməyə çalışır.

Müraciətdə Avropa Parlamentində Ermənistana dəstək verən qüvvələrin bu cinayətin məsuliyyətini daşıdığı da vurğulanır. Qeyd edilir ki, müharibə şəraiti olsa belə, uşaqlara, qadınlara atəş açmaq insanlığa sığan hərəkət deyil: “Körpə uşağın, dinc əhalinin qətlə yetirilməsi dünyanın heç bir yerində qəbul edilə bilməz. Bu, dünya dövlətlərinin və beynəlxalq təşkilatların Ermənistanın 25 ilə yaxındır davam etdirdiyi işğalçı siyasətinə qarşı etinasızlığın və hətta bəzən onlara verilən güclü dəstəyin nəticəsidir. Baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə bərabər bu siyasətə qarşı susqunluq nümayiş etdirən, dünyada və Avropa Parlamentində Ermənistana dəstək verən qüvvələrin də üzərinə düşür”.

Şərq Tərəfdaşlığı ölkələrində mövcud işğalçılıq siyasətinin tərəfdaş ölkələrin Aİ ilə əməkdaşlığının qarşısında duran ən ciddi maneələrdən biri olduğu diqqətə çatdırılan müraciətdə Avropa Parlamentinin bu məsələni ciddi nəzarətdə saxlaması və işğala məruz qalmış ölkələrə daima dəstək olması xüsusi vurğulanır.

Müraciətdə Cənubi Qafqazda cərəyan edən hadisələr, insan hüquqları və demokratiyanı daim öz daxili və xarici siyasətində prioritet edən Avropa İttifaqının və onun vətəndaşlarını təmsil edən Avropa Parlamentinin təmsilçilərinin birbaşa marağına toxunduğu üçün Avropa Parlamenti törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verməsi üçün təcili müzakirələr təşkil etmək və qətnamə qəbul etməyə çağırılır: “Çox ümid edirik ki, Avropa Parlamenti tərəfdaşlarının yerləşdiyi bu regionda baş verən bu cür qanlı və işğalçı siyasət qarşısında səssizlik nümayiş etdirməyəcək və buna öz hüquqi qiymətini verəcək”.

Müraciətə baş vermiş hadisənin dəhşətinin daha yaxşı dərk edilməsi üçün Ermənistan tərəfinin qətl yetirdiyi 2 yaşlı Zəhra Quliyevanın şəkilləri də əlavə edilib. Azərbaycanın Avronest PA-dakı nümayəndə heyəti bu məsələni qurumun növbəti büro iclasında və Avropa Parlamentinin bütün qurumlarında və iclaslarında daim qaldıracağı da diqqətə çatdırılıb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!