USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Komitəsi: Daha nə qədər azərbaycanlı uşaq qətlə yetirilməlidir ki, dünya ictimaiyyəti bu münaqişənin həllinə diqqət yetirsin

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində Quliyeva Sahibə İdris qızı və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızının öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Biz heç bir uşağın istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi olsun- müharibədən əziyyət çəkməsinə qarşıyıq. Lakin təəssüflər olsun ki, erməni xisləti öz mənfurluğundan əl çəkmir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan on üçü həlak olub, on doqquzu isə yaralanıb. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına 2 yaşlı Quliyeva Zəhra əlavə olundu.

ASAN Radio xəbər verir ki, bu fikirlər Ermənistanın növbəti təxribatı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı açıqlamada yer alıb.

Açıqlamada deyilir: Biz hüquqi dövlət qurmuşuq. Bütün məsələlərin də hüquq çərçivəsində həll olunmasının tərəfdarıyıq. Ermənistan da BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya edib. Lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir. İstər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirirlər. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir.

Bu gün hər bir vətəndaş, o cümlədən, Azərbaycan qadınları da ölkə başçısının ədalətli mövqeyini dəstəkləyir. Bu, dövlətlə xalqın, ordunun birlik və bərabərliyinin təcəssümüdür. Xalqımız bu münaqişənin beynəlxalq çərçivədə sülh yolu ilə həll olunmasının tərəfdarıdır və eyni zamanda, dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulmasını tələb edir.

Biz, beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə , Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl olunması və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik.

Biz bir daha Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakinləri 50 yaşlı Quliyeva Sahibə və 2 yaşlı Quliyeva Zəhranın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralanan Quliyeva Sərvinazın tezliklə şəfa tapmasını diləyirik. Daha nə qədər uşaq və dinc əhali amansızcasına qətlə yetirilməlidir ki, dünya ictimaiyyəti bu hərbi münaqişənin ədalətli həllinə diqqət yetirsin.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!