USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səfir: “Qarabağda dinc sakinlər, uşaqlar ölür, dünya isə buna soyuqqanlı yanaşır”

“Cəbhədə ermənilər tərəfindən azərbaycanlı uşaqların öldürülməsi birinci hal deyil. Bundan öncə də belə vəhşi hadisələr olub. Bir neçə il bundan qabaq ermənilər oyuncağın içinə partlayıcı qurğu yerləşdirmişdilər”.

ASAN Radio APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. 

"Həmin vaxt da dünya ictimaiyyəti bu hadisəyə sakit yanaşmışdı. Ümid edirik ki, bu dəfə belə olmayacaq, dünya ictimaiyyəti bu hadisəyə lazımi qiymət verəcək. İki yaşlı Zəhra həyatını itirdi, ona görə ki, dünya ictimaiyyəti bu münaqişənin bitməli olduğunu anlasın. Bu münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Dinc sakinlər, uşaqlar ölürlər. Lakin bütün dünya buna soyuqqanlı yanaşır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bundan başqa nə arqument, nə sübut lazımdır ki? BMT-nin dörd qətnaməsi var. Lakin bütün bunlara, cəbhədə uşaqların qanının tökülməsinə dünya sakit yanaşır. Bir daha dünya ictimaiyyətini Dağlıq Qarabağda baş verənlərə diqqət yetirməyə çağırırıq. Onları ədalətli olmağa, münaqişənin həllini beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çağırıram. Bəli, bu hüquq çətindir. Lakin burada hər şey aşkardır. Təcavüzkar kimdir, qurban kimdir məlumdur. Məlumdur ki, kim hansı yolla nəyə nail olmaq istəyir", - deyə o vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!