USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar  - AÇIQLAMA

Məlum olduğu kimi, AMEA ilə “Evrostroy-S” MMC arasında 14 noyabr 2012-ci il tarixində bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil ayrılması məsələsi barədə 23 iyun 2017-ci il tarixində mətbuatda geniş açıqlama yayılıb.

AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev bildirib ki, həmin yataqxana sakinlərindən 30-a yaxın vətəndaş 5 iyul 2017-ci il tarixdə qəbul edilmələri üçün AMEA-nın inzibati binasının qarşısına toplanıblar. Onların hər biri  fərdi qaydada AMEA-nın rəhbərliyi tərəfindən qəbul edilib, diqqətlə dinlənilib, qaldırdıqları məsələlər və şikayətləri barədə onlara ətraflı izahatlar verilib. Qəbula gələn həmin vətəndaşlar əsasən AMEA-da işləməyən 36 ailənin və problemi olan 17 AMEA əməkdaşının ailə üzvləridir. Mənzil məsələsinin kollektiv qaydada araşdırılması və ümumi qaydada həllinin mümkün olmadığı bir daha onların diqqətinə çatdırılıb və ərizə ilə fərdi qaydada mənzil komissiyasına müraciət etmələri məsləhət bilinib.

AMEA bir daha bildirir ki, müraciətlərin hər biri diqqətlə araşdırılacaq və müraciət edənlərə müvafiq cavab veriləcək.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!