USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi nifrət təbliğatı aparır”

“Müasir beynəlxalq humanitar hüququn və insan hüququnun başlıca prinsiplərindən biri də ksenofobiya və cəmiyyətdə nifrət aşılanmasının kənara qoyulmasıdır”.

ASAN Radio xəbər verir ki, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O, təəssüflə bildirib ki, Alxanlıda baş vermiş hadisədən sonra Ermənistan ictimaiyyəti və dövləti tərəfindən üzr istənilməsi və bu kimi halların qınanılması əvəzinə, nifrət dolu ifadələr istifadə olunmaqdadır: “Bu da Ermənistan cəmiyyətində hərbi-siyasi rəhbərliyin uzun illər apardığı nifrət ideologiyasının tərkib hissəsidir. Ermənistanda “Nemezis” hərəkatı, Melkonyan, Qaregin Njde kimi şəxslər bu ölkənin milli qəhrəmanı elan olunur və Azərbaycana, qonşu dövlətlərə münasibətdə nifrət aşılanır ki, bu da cəmiyyətdə ksenofobiyanın bariz sübutudur. Azərbaycanın Cenevrədə BMT institutları yanındakı nümayəndəliyi tərəfindən və BMT-nin İnsan Hüquqları Şurası və digər aidiyyəti təşkilatlarında Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulması halları ilə bərabər məhz bu nifrət təbliğatının kök salması kimi məsələlər də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!