USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nadir genetik xəstəliyi olan pasiyent uğurla əməliyyat olunub

“Von Hippel-Lindau sindromu” nadir görülən genetik xəstəlikdir. Adətən, 20 yaşdan sonra özünü büruzə verir. Torlu qişa, beyincik, onurğa beyni, böyrəküstü vəzdə hemangioblastomalar inkişaf edir. Torlu qişaya və mərkəzi sinir sisteminə qansızmalar və artmış təzyiq əlamətləri aşkarlanır.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 23 yaşlı pasiyentin hər iki gözündə torlu qişanın qopması aşkarlanıb və RMDM-in VitreoRetinal Göz cərrahı, tibb üzrə elmlər doktoru Tural Qəlbinur tərəfindən bir neçə uğurlu əməliyyat edilib və görməsi bərpa edilib.

Növbəti əməliyyat RMDM-in neyrocərrahı Azər Əkbərov tərəfindən edilib. Dr. Azər Əkbərov: “Şiddətli boyun ağrıları səbəbi ilə çəkilən MRT-də onurğa beynin önündə yer almış və ciddi ödemə səbəb olan törəmə (hemangioblastoma) aşkarlandı. Hemangioblastomanın onurğa beyninin önündə yer alması olduqca nadirdir (1-2%) və əməliyyatı olduqca çətin və risklidir. Dünya ədəbiyyatında az sayda bu cür əməliyyat yayınlanıb. Pasiyentə dördüncü və beşinci boyun fəqərələrinin xaric edilməsi, törəmənin mikroskopik çıxarılması, expandable cage və plak vida sistemi ilə rekonstruksiya əməliyyatı icra edilib. Əməliyyatdan sonra heç bir nevrolojik qüsur izlənilməyib və 5 gün sonra yeriyərək evinə yazılıb. Bu çətin işdə RMDM-in bütün kollektivinə, xüsusilə endokrinoloq Xəyyam Eyvazova, invaziv radioloq Ağakişi Yəhyayevə, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri Araz Süleymanova, qastroenteroloq-hepatoloq Cəmil Kamilliyə, ümumi cərrah Emin Əmiraslanova sonsuz minnətdarlığımı bildirirəm!”

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!