USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Gürcüstandakı azərbaycanlı gənclər bu gün Ermənistanın Tbilisidəki səfirliyinin binası qarşısında Alxanlı faciəsi ilə bağlı etiraz aksiyası keçirib.

ASAN Radio APA-ya istinadla xəbər verir ki, aksiya Tbilisinin “Marcanişvili” metro stansiyasından yürüşlə başlayıb və Ermənistan səfirliyi qarşısında dinc aksiya ilə davam etdirilib. İştirakçılar Ermənistan silahlı bölmələrinin törətdiyi növbəti təxribat nəticəsində iki dinc sakin – nənə və 2 yaşlı nəvənin həlak olmasını qətiyyətlə pisləyiblər. “Mən Zəhrayam!”, “Qarabağa ədalət!”, “Xocalıya ədalət!”, “Qafqazda terrora son!” şüarları ilə keçirilən aksiyaya 30-a yaxın azərbaycanlı gənc fəal qatılıb.

Sonda iştirakçıların Alxanlı faciəsini qınayan etiraz bəyanatı Ermənistanın Gürcüstandakı səfirliyinin nümayəndəsinə təqdim olunub. 

Tələbə Leyla Əmrahova bildirib ki, aksiyanın keçirilməsində məqsəd Gürcüstan ictimaiyyətini Ermənistan tərəfindən törədilmiş son hərbi cinayət barədə məlumatlandırmaq və erməni silahlı bölmələrinin mülki şəxsləri, körpələri hədəfə almasını qətiyyətlə pisləməkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!