USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ermənistanın Azərbaycana qarşı terrorçu fəaliyyətinə Türkiyədən etirazlar: “Hər birimiz türkük, hər birimiz Zəhrayıq!” 

İyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın vəhşicəsinə qətlə yetirİLməsi Türkiyə ictimaiyyətinin kəskin etirazına səbəb olub. İctimai təşkilatlar, ziyalılar, ayrı-ayrı sənət adamları, o cümlədən sıravi vətəndaşlar müxtəlif formalı aksiyalarla təcavüzkar tərəfin azğınlığına öz etirazlarını ifadə ediblər.

ASAN Radio xəbər verir: Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, İzmirdəki Azərbaycan Kültür və Dayanışma Dərnəyinin (AKDD) sədri Mülazim Pahsa, Dünya Qarapapaq Türkləri Birliyinin (AQTB) sədri Seyfullah Türksoy və başqalarının imzası ilə ermənilərin törətdikləri qanlı hadisələri pisləyən bəyanatlar yayılıb. Bundan başqa, İSTAD-ın bir qrup üzvü Zeynəbiyyə məscidində cümə namaz qılandan sonra İstanbulda dinc etiraz yürüşü keçiriblər. Yürüşçülər Ermənistanın işğalçılıq siyasətinə qarşı kəskin şüarlar səsləndiriblər. AKDD-in sədri Mülazim Pahsa keçirdiyi mətbuat konfransında erməni vandalların dinc azərbaycanlı əhaliyə divan tutması ilə bağlı yerli KİV nümayəndələrini məlumatlandırıb. Konfransda 2 yaşlı Quliyeva Zəhranın qana boyanmış fotosu nümayiş olunub. “Hər birimiz türkük, hər birimiz Zəhrayıq!” şüarları səsləndirilib.

AQTB-nin sədri Seyfullah Türksoy keçirdiyi mətbuat konfransında bildirib ki, dünya birliyinin Ermənistanın vəhşi hərəkətlərinə kəskin və nəticəli təpki göstərməməsi işğalçı tərəfi günbəgün azğınlaşdırır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!