USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Parlamentarilər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Emmanuel Makrona çağırış ediblər

Fransa mətbuatı Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin erməni hərbiçiləri tərəfindən atəşə tutulması barədə materiallara geniş yer ayırır.

İyulun 8-də Fransanın “Opinion İnternational” portalında “Fransalı parlamentarilər Emmanuel Makronu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti təşəbbüs göstərməyə çağırırlar” adlı məqalə dərc olunub.

ASAN Radio bildirir ki, məqalədə “Hamburqda keçirilən G20 sammitində bu münaqişədən danışılacaqmı?”,- deyə sual edən müəllif münaqişə bölgəsində atəşkəsin ermənilər tərəfindən növbəti dəfə kobud şəkildə pozulduğunu bildirir. Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində biri 2 yaşlı uşaq olmaqla, iki mülki şəxsin qətlə yetirildiyi diqqətə çatdırılır.

Fransanın Rusiya və ABŞ ilə birlikdə münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədri olduğuna toxunan müəllif bir qrup fransız parlamentariləri və ictimai xadimlərinin Prezident Emmanuel Makrona Qafqazda sülhün bərpası ilə bağlı qəti təşəbbüs göstərməyə çağırış etdiklərini vurğulayıb.

Yazıda Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu bildirilir, 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş erməni təxribatı zamanı hər iki tərəfin çoxlu sayda itkilər verdiyi qeyd olunur.

Məqalənin sonunda fransız parlamentarilərin Prezident Emmanuel Makrona ünvanlanan çağırışı dərc edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!