USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATƏT PA azərbaycanlı deputatın müəllifi olduğu qətnaməni qəbul edib

ATƏT Parlament Assambleyasının Minsk şəhərində keçirilən 26-cı illik sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

ASAN Radio xəbər verir ki, müzakirədə çıxış edən T. Mirkişili multikulturalizm dəyərlərinin dünyada xalqların və ölkələrin inkişafında rolundan danışaraq bu dəyərlərin siyasi, iqtisadi və demokratik inkişaf üçün hər bir ölkədə qorunub inkişaf etdirilməsinin vacibliyini bildirib. Azərbaycanın bu sahədə böyük təcrübəsi olduğunu söyləyən və Bakı Humanitar Forumunun deklarasiyalarından bəhs edən deputat qəbul ediləcək qətnamə layihəsinin ATƏT regionunda qarşılıqlı etimadın yaradılmasına və bütövlükdə planetdə təhlükəsiz həyatın qorunmasına xidmət edəcəyini iştirakçıların diqqətinə çatdırıb. Çıxış edən deputatlar qətnamə layihəsinin vacibliyini və ATƏT sənədləri içərisində ilk belə sənədin olmasının beynəlxalq qanunvericilikdə bir yenilik olduğunu deyiblər.

Müzakirələrin sonunda səsverməyə çıxarılan qətnamə layihəsi qəbul olunub.

Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə ATƏT regionunda demokratik inkişafa və təhlükəsizliyə töhfə vermək və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində tətbiq etməyi nəzərdə tutur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!