16/08/2017 17:27

Valyuta USD EUR RUB TRY
Kurs 1.7008 1.9972 0.0284 0.4808


Gündəm

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü Nyu Yorkda keçiriləcək


12.07.2017   08:15


Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında ATƏT Minsk qrupu həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü və iştirakı ilə növbəti görüş keçirilib.

ASAN Radionun APA-ya istinadən verdiyi xəbərinə görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin irəliləməsi yolları müzakirə olunub.   

Həmsədrlər nazirlərdən prezidentlərin cari ildə görüşünün keçirilməsinə dair təklifini ölkə başçılarına çatdırmağı xahiş ediblər.  

Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün bu ilin sentyabrında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilməsinə dair razılıq əldə olunub




Xəbər lenti

16 Avqust
15 Avqust







ASAN Radio telefonunuzda
Facebook