USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Məsum Zəhra” elegiyasının təqdimatı keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin yeni layihəsi olan “Məsum Zəhra” elegiyasının təqdimatı keçirilib.

ASAN Radio MN-ə istinadən bildirir ki, iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş yaşyarımlıq Zəhra Quliyevanın timsalında erməni vandalizminin qurbanı olan günahsız körpələrin xatirəsinə həsr edilmiş əsərin sözləri layihə müəllifinə, bəstəsi və aranjimanı isə Fərahim Sadiqə məxsusdur. Elegiya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solist-vokalçılarından olan Əməkdar Artist Cahangir Qurbanovun və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin əsgər xorunun ifasında lentə alınıb.

Əlahiddə Ümumqoşun Ordunun, qoşun növləri və qisimlərinin, eləcə də birlik, birləşmə, hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin, psixoloqların iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin erməni təcavüzü nəticəsində öldürülən dinc əhalinin-uşaqların, qocaların, qadınların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev çıxış edərək bildirib ki, 200 ildən çoxdur ki, ermənilərin əli ilə azərbaycanlılara qarşı qəddar soyqırımı siyasəti aparılır. İki əsrdən çox davam edən bu soyqırımlar nəticəsində minlərlə azərbaycanlı amansız işgəncələrlə qətlə yetirilib, yaşayış məntəqələri yerlə-yeksan edilib, etnik təmizləmə və erməni təcavüzü nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin salınıblar. Cəzasız qalan erməni faşistləri “Böyük Ermənistan” xülyası ilə bu gün də öz mənfur niyyətlərindən əl çəkmir, insanlığa sığışmayan vəhşiliklər törədirlər. Xocalı, Qaradağlı, Malıbəyli, Meşəli və bir neçə gün öncə Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən minaatan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində günahsız körpə Zəhra Quliyevanın və onun nənəsinin həlak olması, bir nəfərin isə ağır xəsarət alması erməni qəddarlığının davamıdır.

Nəzərə çatdırılıb ki, Silahlı Qüvvələrimiz tərəfindən görülən adekvat tədbirlər nəticəsində düşmən yenə də susdurulub, az sonra isə Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə qarşı dəqiq atəş zərbələri endirilib. Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrini cavab zərbələri ilə susdurmaq üçün qoşunlarımız hazır vəziyyətdədir.

General-mayor R.Əliyev qeyd edib ki, müharibədən ən çox əziyyət çəkən dinc əhali, xüsusilə də gələcəyimiz olan uşaqlardır. Qarabağ müharibəsinin yenidən şiddətləndiyi 90-cı illərdən başlayaraq, bu günə kimi 225 nəfərdən çox uşaq erməni vandalizminin qurbanı olub. Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, konvensiyaların, bəyannamələrin kobud şəkildə pozulmasıdır. Onlar dinc əhalini hədəfə almaqla Azərbaycanı yenidən müharibəyə təhrik etmək, sülh səylərimizi pozmaq məqsədi güdürlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdikləri bu hərbi cinayətlərə görə gec-tez beynəlxalq birlik qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar.

İdarə rəisi ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət, Müdafiə, Xarici İşlər Nazirliklərinin birgə fəaliyyəti, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin fəallığı sayəsində Alxanlı faciəsinin beynəlxalq qurumları artıq hərəkətə gətirdiyini bildirib. Vurğulanıb ki, nəhayət dünya erməni vəhşiliyini, erməni vandalizmini pisləyir və onları bu təxribatlardan tez bir zamanda əl çəkməyə çağırır. Təqdim edilən layihədə erməni vandalizminə qarşı tutarlı cavabdır və gənclərdə Vətənə, dövlətə sevgi, düşmənə nifrət hissi aşılanmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.

Müdafiə Nazirliyinin zabiti A.Qurbani layihənin ideyası, məzmunu barədə ətraflı məlumat verərək yaradıcı qrupu tədbir iştirakçılarına təqdim edib, Müdafiə Nazirliyi nəzdində Sənədli və Tədris Filmləri Kinostudiyasında bu elegiyanın motivləri əsasında “Məsum Zəhra” qısametrajlı filminin artıq çəkilişlərinə başlanıldığını nəzərə çatdırıb.

Əməkdar Artist Cahangir Qurbanov və əsgər xorunun ifasında elegiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Asambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bütün xalqımız kimi onunda Alxanlı faciəsindən, dinc əhalinin atəşə tutulmasından sarsıldığını bildirib, möhtərəm prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən bu məsələnin tez bir zamanda beynəlxalq aləmdə ictimailəşdirilməsi istiqamətində görülən işləri müsbət dəyərləndirib.

ATƏT PA-nın Minskdə keçirilən 26-cı sessiyasında ermənilərin Alxanlıda törətdikəri təxribat barədə ətraflı məlumat verdiyini, Qarabağ probleminin həlli üçün ATƏT-in institutları ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərərək bu kimi hərəkətlərə son qoyulması ilə bağlı təkliflər irləi sürdüyünü də vurğulayan Mlli Məclis Sədrinin müavini Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dərhal cəbhə bölgəsinə getməsini, zərərçəkənlərin ailələrinə baş çəkməsini, faciə qurbanlarına ehtiramını bildirməklə, onların doğmalarının kədərinə şərik olmasını cəbhəboyu rayon əhalisi tərəfindən minnətdarlıqla qarşılandığını qeyd edib və Füzulidən olan seçicilərinin minnətdarlığını bir daha Müdafiə Nazirliyinin rəhbərliyinə çatdırıb, füzulililərin Ali Baş Komandanın ətrafında daha sıx birləşdiklərini, ölkə başçısının müdrik və qətiyyətli siyasətinə, güclü ordumuza arxalandıqlarını bəyan edib.

Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının gündən-günə daha da yüksəldiyindən fərəh hissi ilə danışan B.Muradova hərbi qulluqçuların vətənpərvərlik, Vətənə, dövlətə sədaqət ruhunda formalaşması, eləcə də mülki əhalinin bu istiqamətdə tərbiyə olunması məqsədi ilə Müdafiə Nazirliyinin yerli İcra hakimiyyəti orqanları ilə birgə fəaliyyətini xüsusi ilə qeyd edib, iştirakçısı olduğu “Horadizdə zəfər yürüşü”, “Sənə inanırıq ölkə rəhbəri, sənə güvənirik Vətən əsgəri!” tədbirlərini xatırlayıb.

Təqdim edilən elegiyanın aktuallığını və böyük əks-səda doğuracağına əminliyini bildirən millət vəkili yaradıcı heyətə uğurlar arzulayaraq deyib: Ermənistan birdəfəlik dərk etməlidir ki, cari status kvoya güvəndikcə öz müstəqilliyini, gələcəyini təhlükə altında qoyur və regionda siyasi oyunların yenə də alətinə çevrilir. Onlar öz murdar niyyətlərindən nə qədər tez əl çəksələr, işğal olunmuş əzəli Azərbaycan torpaqlarını boşaltsalar, erməni xalqı üçün bir o qədər önəmli olacaqdır.

Cəbhə bölgəsindən gələn zabit Elşad Əbilov faciə baş verən günü xatırlayaraq yerli əhalinin əsl vətənpərvərlik, təmkin, dözüm nümayiş etdirdiyini, bir nəfərin də kəndi tərk etmədiyini və əli silah tutan hər kəsin intiqam hissi ilə coşduğunu və döyüşçülərə qoşularaq düşmənə qarşı vuruşmağa hazır olduqlarını qeyd edib.

Filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnistitunun şöbə müdiri Asif Rüstəmli Müdafiə Nazirliyinin bu kimi layihələrinin həmişə aktual və əhəmiyyətli olduğundan danışıb.

Elegiyanın sözləri ilə müsiqisinin bir-birini tamamladığını, ifaçının peşəkarlığını və əsərin ümumilikdə qırğına, terrora, erməni vandalizminə qarşı etiraz notası olduğunu qeyd edən tədqiqatçı-alim “Məsum Zəhra” qısametrajlı filminin tezliklə başa çatacağına və geniş tamaşaçı auditoriyasına çıxarılacağına əminliyini bildirib.

Qonaqlara və tədbir iştirakçılarına “Məsum Zəhra” elegiyası yazılmış disklər təqdim edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!