USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 48-ci ildönümüdür

48 il əvvəl, 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilib. Bu, Azərbaycanın yeni tarixində güclü lider və rəhbər kimi yer tutacaq, Azərbaycanın inkişafı naminə saysız xidmətlər göstərəcək şəxsiyyətin hakimiyyətə və böyük siyasətə gəlişi idi. Heydər Əliyev istər 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, 1983-1987-ci illərdə SSRİ rəhbərliyində çalışdığı zaman, istərsə də Azərbaycana rəhbərlikdən kənarda olduğu 1988-1993-cü illərdə və 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra hər zaman öz xalqı ilə bir olub, bütün siyasi qərarlarında xalqa arxalanıb.

Tarixə nəzər salanda görmək olar ki, ötən əsrin 60-cı illərinin sonunda Azərbaycanda ciddi dəyişikliyə zəruri ehtiyac yaranmışdı. Bu dəyişiklik məhz 1969-cu il iyulun 14-dən başlandı. 1969-1982-ci illərdə Azərbaycan, sözün həqiqi mənasında, nəhəng tikinti meydanını xatırladırdı. Həmin illərdə şəhər və rayonlarda böyük sənaye-istehsal kompleksləri, fabrik və zavodlar, səhiyyə və mədəniyyət müəssisələri, məktəblər, inzibati binalar, saysız-hesabsız yaşayış evləri, yollar, parklar, mehmanxanalar, iri şərab və konserv zavodları, çay, tütün fabrikləri tikildi. Kənd təsərrüfatı inkişaf etdirildi, heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində tədbirlər həyata keçirildi, nəhəng meliorativ qurğular inşa olundu. Respublikada aparılan ciddi islahatlar, həyata keçirilən təşkilati tədbirlər nəticəsində iri metallurgiya, maşınqayırma, energetika, elektronika, kimya və neft-kimya sənayesi sahələri yaradıldı. Nəticədə, 1972-ci ildə Azərbaycan inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl respublikaya çevrildi.

Ulu Öndər qarşısına həm də Azərbaycan xalqının mənəviyyatının, milli və mənəvi dəyərlərinin yaşadılması və təbliği, respublikanın mənəvi-psixoloji mühitinin ciddi şəkildə dəyişdirilməsi vəzifəsini qoymuşdu. Bütün bunlar uğurla həyata keçirildi. Xalqımızın böyük oğlunun həmin dövrdəki fəaliyyəti yalnız milli intibaha – müstəqil Azərbaycan Respublikasına aparan yolun ən vacib mərhələsini təşkil etdi.

Beləliklə, 48 il əvvəl Ulu Öndər Azərbaycanda iqtisadiyyatın, sosial həyatın, hərbi quruculuğun, elmin, mədəniyyətin inkişaf etdirilməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, mövcud olan mənfi halların aradan qaldırılması istiqamətində fədakarlıqla çalışdı. Bu mübarizədə o, yalnız xalqına arxalandı, xalq da dahi rəhbərinə arxa-dayaq oldu. Heydər Əliyev–Azərbaycan, Azərbaycan–Heydər Əliyev vəhdəti də məhz o illərdən yaranmışdı. Xalqla, Azərbaycanla birlikdə Ümummilli Lider də ucaldı.

Görkəmli dövlət xadiminin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə birlikdə müstəqilliyimizin dönməzliyi və əbədiliyi təmin edildi. Bu uzaqgörən siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində respublikamızın beynəlxalq aləmdəki mövqeləri gündən-günə daha da möhkəmlənir. Bu gün Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutub. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!