USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“AVO MUN” layihəsinə start verildi

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, ADA universiteti, “ADA MUN” Club və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə ADA universitetində gənclərin siyasi, sosial, ekoloji biliklərinin hərtətəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN”  layihəsinə start verildi. BMT-nin simulyasiyası əsasında baş tutacaq layihədə 16-25 yaş aralığında 70-ə yaxın gəncin iştirakı nəzərdə tutulub.

14-16 iyul tarixində baş tutacaq layihədə iştirakçılar ilk öncə müxtəlif təlimlərə cəlb olunacaqlar. Simulasiya İngilis və Azərbaycan dillərində keçiriləcək.

Layihədə simulyasiyalar komanda olaraq 2 komitədə, 1-ci “Security Council”- Təhlükəsizlik şurası İngilis dilində, digər 2-ci komitə “Baş Şura”  Azərbaycan dilində baş tutacaq və 30 ölkə təmsil olunacaqdır. Layihəyə qeydiyyat və iştirak tamamilə ödənişsizdir.

İştirak etmək istəyənlər 29 İyun-7 İyul tarixlərində müraciət formasını dolduraraq qeydiyyat üçün müraciət edə bilərlər. 

Qeyd edək ki, layahinənin əsas məqsədi gəncləri müxtəlif təlimlərə cəlb etməklə onlarda natiqlik, liderlik, komandayla iş qabiliyyətini artırmaq, gənclərin fərdi inkişafına təkan verib, siyasi biliklərini və sosial bacarıqlarını sərgiləmələrinə imkan yaratmaqdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!