USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Sport Time” jurnalının növbəti təqdimatı keçirilib

ASAN Radio xəbər verir ki, ölkəmizin idman siyasətinə, idmanın inkişafına xidmət göstərən “Sport Time” jurnalının növbəti təqdimat mərasimi keçirilib. Jurnalın bu sayı ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunub. Təqdimatda dərginin uğurlu fəaliyyəti, burada yer alan maraqlı məqalələr, rubrikalar diqqətə çatdırılıb. 

Millət vəkili, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyevin və “Sport Time” jurnalının baş redaktoru Jalə Rzabəylinin rəhbərliyi ilə keçirilən tədbirdə idman ictimaiyyətinin tanınmış simaları, ziyalılar, Olimpiya çempionları və incəsənət nümayəndələri iştirak edib. 

Dərgidə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarında iştirakı, Oyunlara aid nitqi, Xəzərdən başlayan su səyahəti, İslamiadanın möhtəşəm açılış və bağlanış mərasimləri haqqında materiallar toplanıb. Həmçinin “Bakı-2017”də ölkəmizin birinci yeri qazanması əksini tapıb. 

Jurnalda MOK-un baş katibi, Milli Məclisin deputatı, professor Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Füzuli Məmmədovla bağlı məqalələr, habelə İslamiadanı uğurla başa vuran bir neçə federasiya və klublar barədə məqalələr dərc edilib. 

Oxucular bu nömrədə idmançıların ən çox müraciət etdikləri Artromed Tibb Mərkəzinin fəaliyyəti ilə də tanış ola bilərlər. Belə ki, dərgidə klinikanın idman travmaları, oynaq və onurğa sütunu xəstəlikləri zamanı apardığı uğurlu müalicə metodlarından bəhs olunub. Jurnalın “Fotoların dili ilə” rubrikasının bu dəfəki qonağı isə əməkdar Artist, bəstəkar-müğənni Elza Seyidcahan olub. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!