USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyədə hərbi çevrilişə cəhddən bir il ötür

Bu gün Türkiyədə hərbi çevrilişə cəhddən bir il ötür.

ASAN Radionun xəbərinə görə, 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup üzvü “Yurdda sülh hərəkatı” adı verdiyi hərbi çevrilişə cəhd edib, ordunun ölkədə idarəçiliyi ələ keçirdiyini açıqlayıb. Onların bu elanı TRT-də səsləndirilib. Ölkədə fövqəladə vəziyyət və hərbi komendant rejimi elan olunub.

İstanbuldakı "Boğaz içi" və "Fatih Sultan Mehmet" körpüsünü ələ keçirən üsyançı hərbçilər Ankarada Türkiyə Böyük Millət Məclisini bombalayıblar. Həmin gecə baş verən toqquşmalarda 300-dən çox hərbçi və mülki şəxs ölüb, 15 400 nəfər yaralanıb.

İyulun 16-da Türkiyə Silahlı Qüvvələri və polisin keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində cəhdin qarşısı alınıb. FETÖ terror təşkilatının planlaşdırdığı hərbi çevriliş baş tutmayıb.

İndiyədək bu iş üzrə 170 min nəfərədək şübhəli şəxs qismində saxlanılıb. Onlardan təxminən 50 min nəfər barədə həbs qətimkan tədbiri seçilib. Onlardan bəzilərinin məhkəmə prosesi başlayıb.

FETÖ terror təşkilatının ABŞ-da olan başçısı Fətullah Gülənin həbsi və ekstradisiyası üçün həmin ölkəyə müraciət olunub.

Ötən il iyulun 16-da Türkiyədə elan olunmuş fövqəladə hal vəziyyətinin müddəti bir neçə dəfə uzadılıb. 

Türkiyənin bütün vilayətlərində 15 iyul-hərbi çevrilişə cəhdin qarşının alınmasının ildönümü ilə bağlı tədbirlər keçirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!