18/11/2017 05:09

Valyuta USD EUR RUB TRY
Kurs 1.7002 2.0051 0.0281 0.4374


ASAN xəbər

Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Bakıda vəhdət namazı qılınıb


15.07.2017   12:33


Bu gün Bakıda Heydər Məscidində 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümü münasibətilə vəhdət namazı qılınıb.

ASAN Radionun məlumatına görə, mərasim dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olanların ruhuna "Yasin" oxunması ilə başlayıb.

Sonra vəhdət namazı qılınıb. Müxtəlif məzhəblərə mənsub şəxslər birgə namaza qoşulublar.

"Heydər" məscidinin dini rəhbəri Hacı Sabirin rəhbərliyi ilə qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.




Xəbər lenti

17 Noyabr











ASAN Radio telefonunuzda
Facebook