18/11/2017 05:07

Valyuta USD EUR RUB TRY
Kurs 1.7002 2.0051 0.0281 0.4374


ASAN xəbər

Səfir: “15 iyul çevriliş cəhdi zamanı Ərdoğana zəng edən ilk ölkə başçısı İlham Əliyev olub”


15.07.2017   13:45


“Bu gün 1 il öncə xain terrorda şəhid olmuş insanların ruhunu yad etməyə yığışmışıq. Onlar vətən uğrunda canlarından keçdilər. Bizim şəhidlərimiz sizin şəhidlərinizdir. Eynilə sizin şəhidləriniz də bizim şəhidlərimizdir”.

ASAN Radionun məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda Heydər məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə 2016-cı il 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, 15 iyul çevriliş cəhdində Türkiyə prezidentinə zəng edən ilk ölkə başçısı Azərbaycan prezidenti İlham Əliyev olub: “Balaca Zəhranın faciəli ölümündə də Türkiyə dövlətinin başçısı Azərbaycan prezidentinə zəng vuraraq başsağlığı verib. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik".




Xəbər lenti

17 Noyabr











ASAN Radio telefonunuzda
Facebook