USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ölkə başçısı Binə qəsəbəsində görülən işlərlə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 20-də Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidənqurma və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, görülən işlər nəticəsində küçənin eni 21 metrə qədər genişləndirilib, ara səkilər salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Küçənin genişləndirilməsi layihəsi çərçivəsində çoxlu sayda yaşayış və qeyri-yaşayış obyektləri başqa ərazilərə köçürülüb. Küçəyə ümumilikdə 40 min kvadratmetrə qədər asfalt örtüyü çəkilib. Ərazidə yol infrastrukturu ilə bağlı bütün kommunikasiya qurğuları yenidən qurulub, yeniləri yaradılıb və yağış sularının ötürülməsi üçün təzə xətlər çəkilib. Burada Almaniya istehsalı olan müasir kommunikasiya avadanlıqları quraşdırılıb, abadlaşdırma işlərində keyfiyyətli tikinti materiallarından istifadə olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!